Taliban qadınların aksiyasını dağıdıb


15:21     04 Sentyabr 2021

Taliban Kabildə aksiya keçirən qadınların etirazını dağıtmaq üçün atəş açıb və gözyaşardıcı qazdan istifadə edib.

Femida.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Taliban bərabərlik tələbi ilə Kabul küçələrinə çıxan əfqan qadınların aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb.

Etirazl iştirakçıları gələcəklərinin qeyri-müəyyənliyindən narahatlıqlarını ifadə ediblər: qadınlar xüsusilə də təhsil imkanları, eləcə də məşğulluq problemləri ilə bağlı şüarlar səsləndiriblər.

Xəbər verilir ki, hərəkatın tərəfdarları fəallardan biri olan Nərgiz Sadatı döyüblər. Aksiya prezident sarayının yaxınlığındakı meydanda baş verib.

Xatırladırıq ki, Taliban Kabulu 15 avqustda döyüşsüz ələ keçirib. Əfqanıstan Prezidenti Əşrəf Qani istefa verərək, ölkəni tərk edib. O bunu qan tökülməməsi üçün etdiyini bəyan edib. 16 avqustda Taliban hərəkatı siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini elan edib. O əlavə edib ki, idarəetmə forması yaxın vaxtlarda açıqlanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1058