Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır


19:50     04 Sentyabr 2021 2021/09/66c63b22-ee79-3ee9-b1e3-96e1eed840d0_850_1630776100.jpg

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160 B ünvanındakı binanın həyəti Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır.

Bu barədə Femida.az- a siyasi partiyalardan məlumat daxil olub.

Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işləri partiya rəhbərlərinin ölkə başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirilir.

Bildirilib ki, artıq dünəndən etibarən abadlıq işlərinə start verilib. Ərazidə yaşıllıq sahəsi salınır, təmizlik işləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1189