Pakistanda partlayış nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb


11:40     05 Sentyabr 2021 21_09_05_1630827253.jpg

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki nəzarət-buraxılış məntəqəsinə bomba hücumu nəticəsində azı 3 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə "Geo News" telekanalı Pakistan Daxili İşlər Nazirliyinin antiterror idarəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, naməlum şəxs motosikletlə nəzarət-buraxılış məntəqəsində polis maşınını vurub. Zərbə nəticəsində avtomobilə quraşdırılmış bomba partlayıb.

Telekanala görə, hadisə yerində xilasedicilər, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları və minalardan təmizləmə mühəndisi işləyir.

Açar sözlər:

Oxunub: 978