"Azərbaycanın yanında olmağa davam edəcəyik" - Türkiyə MN
16:27 05 Sentyabr 2021
"Türk Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi və əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və təlim fəaliyyətini dəstəkləməyə davam edir".
Femida.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Pınar Kara bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistanın işğalından azad edilmiş ərazilərdə mina axtarışı və məhvi işləri də davam edir.
"Türkiyə ilə Azərbaycan arasında ortaq qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırma, idarəetmə və icra əsaslarını uyğunlaşdırmaq üçün “Qardaş briqada” layihəsi başladıldı. Hazırda TSQ çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti ilə birgə təlimlər aparılır. "Bir millət, iki dövlət” anlayışıyla kədər və sevinc içində birgə olduğumuz Azərbaycan türkü qardaşlarımızın haqlı davasında bundan sonra da yanlarında olmağa davam edəcəyik", - türkiyəli rəsmi deyib.
Femida.az
Oxunub: 969
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib