Paralimpiya bayrağı Parisə ötürüldü


19:08     05 Sentyabr 2021 2021/09/46FD2017-BE23-4FBE-A0C0-9BB0FD2BEEC4_1630858984.png

Bu gün “Tokio-2020” Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Ümumilikdə idmanın 22 növündə 539 mükafat komplekti qazanılıb. İlk yeri 96 qızıl, 60 gümüş və 51 bürünc medal alan Çin idmançıları tutublar.

İkinci yerdə Böyük Britaniya, üçüncü pillədə ABŞ, dördüncüdə Rusiya qərarlaşıb. Azərbaycan tarixi nəticə əldə edərək, 10-cu yeri tutub. Paralimpiyaçılarımız ümumilikdə 19 medal qazanıblar.

Növbəti paralimpiada 2024-cü ildə Parisdə keçiriləcək. Bağlanış mərasimində Tokionun qubernatoru Yuriko Koike rəmzi bayrağı Beynəlxalq Paralimpiya Komitəsinin rəhbəri Endryu Parsonsa, o isə Parisin meri Ann İdalqoya verib.


Femida.az

Açar sözlər: #Paralimpiada    

Oxunub: 1001