Türkiyə DİN ötən ay terrorçulara qarşı 13 min əməliyyat keçirib


13:12     06 Sentyabr 2021 21_09_06_1630916668.jpg

Türkiyənin Daxili İşlər Nazirliyi 2021-ci ilin avqust ayı ərzində terrorçulara qarşı 12 999 əməliyyat keçirib.

Femida.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı aylıq mətbuatı məlumatlandırma toplantısında çıxışı zamanı açıqlayıb.

Bildirilib ki, 12 003 əməliyyat regionlarda, 996 əməliyyat isə şəhərlərdə keçirilib.

Əməliyyatlar nəticəsində xeyli terrorçu məhv edilib. O cümlədən narıncı kateqoriya üzrə xüsusi axtarışda olan 3, boz kateqoriya üzrə axtarışda olan 4 terrorçu olmaqla, ümumilikdə 7 “üst səviyyəli” terrorçu zərərsizləşdirilib.

Açar sözlər:

Oxunub: 944