Bu gündən daha 13 ölkədən Azərbaycana uçuşlara icazə verilib


23:35     06 Sentyabr 2021 2021/09/1630941706446777183_1000x669_1630953811.jpg

Sentyabrın 6-dan daha 13 ölkədən Azərbaycana uçuşlara icazə verilib. Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərara dəyişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.

Femida.az xəbər verir ki, Qərara əsasən, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq (ÇXR), Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı və Yaponiya vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 990