Kürdəmirdə "patı" əməliyyatı: 6 nəfər saxlanılıb
14:39 07 Sentyabr 2021
Kürdəmirdə polis əməliyyat keçirib, 6 nəfər saxlanılıb.
Femida.az xəbər verir ki,Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayonun müxtəlif ərazilərində xüsusən də Aran qəsəbəsində kola, kakos kimi tanınan narkotik vasitə olan heroin və patı, şüşə adı ilə tanınan psixotrop maddə olan metamfetaminin satışını təşkil edən 3 nəfər, Kürdəmir rayon sakinləri - Elnur Tarverdiyev, Aqşin Bünyatov və Səbuhi Nuriyev şübhəli şəxs qismində saxlanılıblar.
Onların üzərilərinə və yaşadıqları mənzilə keçirilən baxış zamanı yüksək təsir edici qüvvəyə malik 18 ədəd bükümdə külli miqdarda narkotik vasitə olan heroin, 4 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və həmin kütlələrin çəkilməsi üçün istifadə edilən 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər, Kürdəmir rayon sakinləri - Hüseyn Hüseynov, Elvin Mahmudov və Cəmşid Allahverdiyev saxlanılaraq, polis şöbəsinə gətirilib və istintaqa təqdim edilmiş, onların üzərilərinə keçirilən şəxsi axtarış zamanı yüksək təsir edici qüvvəyə malik, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.Saxlanılan şəxslər ilkin dindirmə zamanı etdikləri cinayət əməllərini etiraf edərək bu işdən peşman olduqlarını bildirmişlər.
Faktlarla bağlı Kürdəmir rayon polis şöbəsinin istintaq bölməsində cinayət işləri başlanılmış, hal-hazırda ibtidai istintaq davam etdirilir.
Oxunub: 1243
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
- Kürdəmirdə sərnişin mikroavtobusu aşıb, 8 nəfər xəsarət alıb
- Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb
- Kürdəmirdə avtomobil su kanalına düşüb