Ali məktəblərin auditoriyalarında tələbələrə say məhdudiyyəti qoyulacaq


14:49     07 Sentyabr 2021 21_09_07_1631011753.jpg

Ali təhsil müəssisələrində tələbələrin say ilə bağlı məhdudiyyət olacaq. Mühazirələrdə, təxminən, 50-60 tələbənin iştirakı mümkün olacaq.

Femida.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik: "Bununla bağlı qaydalar hazırlanır. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt edəcəyimizi planlaşdırmırıq".

Açar sözlər:

Oxunub: 1084