İlham Əliyev İmaməli Rəhmanı təbrik edib
16:00 08 Sentyabr 2021
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmana təbrik məktubu ünvanlayıb.
Femida.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İmaməli Şərifoviç,
Tacikistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Müstəqillik illərində Sizin müdrik rəhbərliyiniz altında ölkəniz sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuz qazanmışdır. Azərbaycan Respublikası dost ölkənizin bu uğurlarına ürəkdən sevinir.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Tacikistan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında daim genişlənən yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, iqtisadi-ticari sahələrdə faydalı əməkdaşlıq çoxşaxəli əlaqələrimizi xarakterizə edən başlıca amillərdəndir.
Əminəm ki, ənənəvi dostluq münasibətlərimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Hörmətli İmaməli Şərifoviç, belə bir əlamətdar gündə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Femida.az
Oxunub: 569
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib