Qubada tanışı tərəfindən döyülən şəxs xəstəxanada ölüb


09:52     09 Sentyabr 2021 2021/09/776ed453-3e81-3abe-8416-086eea6ee77a_850_1631166818.jpg

Prokurorluq Quba rayon sakininin ölümü ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Femida.az -a daxil olan məlumatda deyilir:

"Avqustun 30-da Quba rayonunun Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış oldığı xəsarətlər nəticəsində Qusar Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 23.08.2021-ci il tarixdə saat 01 radələrində Gültəpə kəndi ərazisində 1993-cü təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əziziov arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirib, nəticədə Z.Əziziov avqusun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöhrət Mursəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir".

Açar sözlər:

Oxunub: 387