Gürcüstanda bankda insanları girov götürən şəxs saxlanıldı
23:53 09 Sentyabr 2021
Kvarelidə “Gürcüstan bankı”na hücum edərək insanları girov götürən silahlı şəxs üç saatdan çox davam edən əməliyyat nəticəsində saxlanılıb.
Femida.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Keti Kovziaşvili jurnalistlərə məlumat verib:
“Bir neçə saat davam edən xüsusi əməliyyat uğurla başa çatdı. DİN əməkdaşları insanları girov götürən şəxsi zərəsizləşdirərək saxlayıb. Bütün girovlar azadlıqdadır, onların səhhəti ilə bağlı hər hansı problem yoxdur. Faktla bağlı istintaq davam etdirilir”.
Kovziaşvilinin sözlərinə görə, DİN yaxın vaxtlarda hadisənin təfərrüatı ilə bağlı rəsmi açıqlama yayacaq. Hazırda polis, kriminalistlər və xüsusi təyinatlılar hadisə yerindədirlər.
Gürcüstanda bankda girov götürülən şəxslər sərbəst buraxıldı - Video + Yenilənib
Xatırladaq ki, bu gün üzündə maska və əlində qumbara olan naməlum şəxs “Gürcüstan bankı”na basqın edərək 15-dək insanı girov götürüb. Hadisədən 2 saat sonra girovlar azadlığa buraxılıb.
Femida.az
Oxunub: 1120
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- Gürcüstanda 20 ildir axtarılan şəxs Azərbaycanla sərhəddə həbs edilib
- Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq
- Gürcüstanda azərbaycanlıların toyundan sonra qarşıdurma olub, xəsarət alanlar var