KİV: ABŞ-da arışma zamanı 12 nəfər yaralanıb


09:12     10 Sentyabr 2021 21_09_10_1631245970.jpg

ABŞ-ın İst-Sent-Luis şəhərində (İllinoys ştatı) atışma olub.

Femida.az xəbər verir ki, bu barədə NBC telekanalının yerli bölməsi bildirib.

Qeyd edilir ki, silahlı insident zamanı xəsarət alan 6 nəfər xəstəxanaya çatdırılıb.

Telekanal qeyd edib ki, cümə axşamı günün ikinci yarısında polis atışma nəticəsində 12 nəfərin yaralanması barədə məlumat alıb, ancaq zərərçəkənlərin dəqiq sayı və hadisənin səbəbi hələ məlum deyil.

Qeyd edilir ki, atışmanın baş verdiyi yerdə həm də metro qatarı ilə avtomobil toqquşub, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanın bu hadisə ilə bağlı olub-olmadığını hələ bilmir.

“Fox News” telekanalının yerli bölməsinin informasiyasına əsasən, polislər hadisəni törətməkdə şübhəli bilinən altı nəfərin axtarışı ilə məşğuldur.

Açar sözlər:

Oxunub: 796