ÜST peyvəndin bölüşdürülməsi ilə bağlı çağırış edib


13:47     10 Sentyabr 2021 21_09_10_1631265979.jpg

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluge hökumətləri koronavirusa qarşı peyvəndin yayılması və bölüşdürülməsi ilə bağlı daha fəal mövqe tutmağa çağırıb.

Femida.az xəbər verir ki, o, ÜST-ün Avropa ofisi nəzdindəki Ümumavropa Səhiyyə və Dayanıqlı İnkişaf Komissiyasının yekun hesabatının təqdimatında çıxış edib.

H.Kluge bildirib ki, çətin mərhələdən çıxmaq üçün əhatəli yanaşma hazırlamaqla peyvəndləmənin miqyasını artırmalıyıq: "Belə ki, hazırda bütün ölkələr peyvəndləməyə qarşı biganəliyi azaltmağa çalışır. Həmçinin istehsalatın imkanlarını artırmalı, coğrafiyasını genişləndirməliyik. Bununla yanaşı, dozaların mübadiləsini də artırmalıyıq”.

Onun sözlərinə görə, Avropa Texniki Məşvərət Qrupu daha yoluxucu və təhlükəli virus ortaya çıxmamış əhalinin 80 faizinin peyvənd olunması vacibdir: "Odur ki, təkcə peyvəndləmə ilə əhalinin immunitet qabiliyyətinə nail olunmaq mümkün deyil. Peyvəndləmə xəstəliyin ağır keçməsinə, ölümcül olmasına yol verməmək üçündür. Peyvəndləmənin daha əhatəli olduğu ölkələrdə bunların xeyli azaldığını görürük”.

Açar sözlər:

Oxunub: 906