YAP avtomobillərini satışa çıxarır


16:31     10 Sentyabr 2021 2021/09/85632_1631277169.jpg

Yeni Azərbaycan Partiyası bir neçə avtomobilini satışa çıxarır.

Femida.az-ın xəbərinə görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

İclasda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının balansında olan istismar müddətini başa vurmuş 5 ədəd avtonəqliyyat vasitəsinin satışa çıxarılmasına, 2 ədəd minik avtomobilinin “Yeni Azərbaycan” qəzetinin balansına verilməsinə və 1 ədəd yeni avtomobilin alınmasına razılıq verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1308