Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
12:10 11 Sentyabr 2021
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş şəhər sakini İlkin Həsənov şübhəli şəxs qismində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana, heroin və metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib və oradan 428 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən,əvvəllər məhkum olunmuş Ramiz Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub və faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 551
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb