Ağsuda narkotik alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb


12:58     11 Sentyabr 2021 21_09_11_1631349925.jpg

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağsu şəhər sakini Cahangir Pənahov şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.

Araşdırma zamanı C.Pənahovun narkotik vasitəni 10 manata Cavid Fərəcovdan aldığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Üzərinə, eləcə də yaşadığı ünvana keçirilən baxış zamanı heroin, elektron tərəzi və şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 1329