Saatlıda COVID-19 xəstəsi saxlanılıb
14:07 11 Sentyabr 2021
Saatlı rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayon sakini Allahverdi Rüstəmovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Faktla əlaqədar Saatlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Oxunub: 1253
Oxşar xəbərlər
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb
- Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb
- Saatlıda doğuş zamanı ana və körpəsi ölüb