Kürdəmirdə yol qəzası, ölən və yaralananlar var
17:16 11 Sentyabr 2021
Kürdəmir rayonunda ağır yol qəzası olub.
Femida.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə ağır xəsarət alıb.
Ölən və xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.Yaralılar təcili tibbi yardım maşının köməyilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Meyit isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 604
Oxşar xəbərlər
- Kürdəmirdə 2 yaşlı körpə zəhərlənib
- Kürdəmirdə “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var
- Kürdəmirdə mikroavtobus piyadanı vuraraq öldürüb
- Kürdəmirdə 18 yaşlı gənc qız intihar edib
- Kürdəmirdə yol qəzasında ər və arvad ağır xəsarət alıb
- Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb
- Kürdəmirdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
- Kürdəmirdə sərnişin mikroavtobusu aşıb, 8 nəfər xəsarət alıb
- Kürdəmirdə qatarın vurduğu 44 yaşlı kişi xəstəxanada ölüb
- Kürdəmirdə avtomobil su kanalına düşüb