Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi


18:23     11 Sentyabr 2021 2021/09/dezinfeksiya_1631370356.jpg

Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə,sentyabr ayının 11-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

"Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər", - deyə İcra Hakimiyyətinin məlumatında deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 997