Bakıda piyadanı “KamAZ” vuraraq öldürüb


09:07     12 Sentyabr 2021 21_09_12_1631419717.jpg

Bakının Suraxanı rayonunda ağır yol qəzası qeydə alınıb.

Femida.az xəbər verir ki, hadisə Suraxanı rayonu , Yeni Suraxanı yaşayış massivində baş verib.
1987-ci il təvəllüdlü Süleymanov Zaur Zabit oğlu yolu keçərkən onu “KamAz” markalı yük avtomobili vurub. Yaralı ağır xəsarət aldığından xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 1076