TƏBİB-in sədr müşavirinin istefa ərizəsi qəbul olunub


15:50     13 Sentyabr 2021 2021/09/84c64f73-d335-3a7a-b0b1-8332d3233a6e_850_1631534165.jpg

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayevin vəzifəsindən azad olunması ilə bağlı yazdığı ərizə qəbul olunub.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.


***12.29

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

Bu barədə Femida.az- a TƏBİB-dən bildirilib.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 234