Xüsusi təyinatlılar “Üç qardaş - 2021” təlimində müxtəlif silahlardan atəş açıb - VİDEO


20:18     13 Sentyabr 2021 2021/09/26070bdf859efc9157a63f9daa67c145_3263110868.jpg

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən Femida.az- a verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.







Femida.az

Açar sözlər:

Oxunub: 491