BƏƏ 38 nəfər və 15 təşkilatı terrorçu siyahısına əlavə edib


10:18     14 Sentyabr 2021 21_09_14_1631592865.jpg

Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) hökuməti 38 fiziki və 15 hüquqi şəxsi terrorçular siyahısına daxil edib.

Femida.az xəbər verir ki, bu barədə “WAM” agentliyi məlumat yayıb.

Hökumətin qərarında deyilib ki, BƏƏ terrorçuluğu və əlaqəli fəaliyyətləri maliyyələşdirən şəbəkələri müəyyən etmək və aradan qaldırmaq öhdəçiliyindədir.

Siyahıya xüsusilə Əfqanıstan, İraq, İran, Livan, Yəmən, İordaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Suriya, Nigeriya, Böyük Britaniya vətəndaşları daxil edilib. Rusiyalı İmad Hallak Kantakjinin də adı onların arasındadır.

Açar sözlər:

Oxunub: 393