Saatlıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
11:18 14 Sentyabr 2021
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az
-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayonun Qara Nuru kənd sakini Fərman Məmmədova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.
F.Məmmədov rayonun Sarıcalar kəndi ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılması təmin edilib.
Həmin şəxs barəsində Saatlı RPŞ-də araşdırmalar aparılır.
Oxunub: 868
Oxşar xəbərlər
- Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Prokurorluq Saatlıda qardaşını öldürən şəxslə bağlı məlumat yayıb
- Saatlıda iki mərtəbəli ev yanıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb