Valideynlərin hansı hallarda övladlarını məktəbə göndərməyəcəkləri məlum olub
13:14 14 Sentyabr 2021
"Övladını məktəbə göndərmək istəməyən valideynlər iki halda iltizam ərizəsi yazacaqlar".
Femida.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, birinci hal yoluxma sayının yüksək olduğu zonaya görə olacaq: "Həmin zonada yaşayan valideynlər ərizə yazaraq övladını məktəbə göndərməyə bilər. İkinci halda isə evlərində koronavirus xəstəsi olan, yaxud hər hansı respirator virus infeksiyası olan valideynlər övladını məktəbə göndərməməlidir. Eləcə də xəstəlik barədə məktəb rəhbərliyinə məlumat verməlidir".
Xatırladaq ki, pandemiya şəraitində ötən ilki tədris ilində valideynlərin övladlarını məktəbə göndərməməsi məsələsi könüllü idi.
Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssisələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.
Oxunub: 2314
Oxşar xəbərlər
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Valideynlərini itirmiş şəxslərlə bağlı mühüm xəbər
- Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
- Valideynlərini itirmiş uşağa və ona baxan şəxsə bu müavinətlər verilir - Hüquqi maarifləndirmə
- Valideynlərin soyadı müxtəlif olduqda uşağa kimin soyadı verilməlidir? - HÜQUQİ YARDIM
- Valideynlərinin başını kəsən, övladlarına dəhşətli işgəncə verən şəxs tutuldu - DƏHŞƏTLİ VİDEO
- Valideynlərini döyən oğula 6 il həbs verildi