İrəvanda polis etirazçılara zor tətbiq edib - VİDEO
15:16 14 Sentyabr 2021
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirən vətəndaşlara polis zor tətbiq edib.
Femida.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, paytaxtın "Fizqorodok" adlanan ərazisinin sakinləri İrəvan meriyası qarşısında aksiya keçiriblər. Çoxmərtəbəli binanın inşasına etiraz edən nümayişçilər küçəni bağlayıblar.
Polis zor tətbiq edərək, qadınlar da daxil olmaqla etirazçıları saxlayıb.
Xatırladaq ki, iyul ayında İrəvan meriyası "Fizqorodok" ərazisində çoxmərtəbəli binanın tikintisinə icazə verib. Şəhər sakinləri bu tikintiyə qarşı mübarizə aparırlar.
Femida.az
Oxunub: 1007
Oxşar xəbərlər
- İrəvanda etirazçılarla polis arasında toqquşma olub
- İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
- İrəvanda mitinq keçirilib, saxlanılanlar var
- İrəvanda kriminal avtoritetin qətlinə görə 5 nəfər saxlanılıb
- İrəvanda Köçəryanın Paşinyan əleyhinə mitinqi başlayıb
- İrəvanda kütləvi zəhərlənmə olub
- İrəvanda "çəngəlli terror" əməliyyatı
- İrəvanda yeni həbslər dalğası: Tonoyan saxlanıldı
- İrəvanda atışma olub
- İrəvanda partlayış olub