Bakının azad olunması münasibətilə hərbi yürüş keçiriləcək


21:09     14 Sentyabr 2021 2021/09/ee5cf63a99c61928909b91aa8a7b12ad_1631639459.jpg

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bakıda keçiriləcək yürüşlər iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 May küçəsindəki Səməd Vurğun bağından başlanacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1248