Gəncədə piyadanı avtomobillə vuraraq qaçan şəxs saxlanılıb


13:12     15 Sentyabr 2021 21_09_15_1631695745.jpg

Samux rayon sakinini avtomobillə vuraraq qaçan şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21099” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Ö.İsmayılov müəyyən edilərək saxlanılıb.

Açar sözlər:

Oxunub: 1156