Azərbaycanda tanınmış idmançı həbs edilib


17:45     15 Sentyabr 2021 2021/09/64c0d434-d5a0-36f4-bb4a-cbeb9326285f_850_1631711892.jpg

Azərbaycanda tanınmış idmançı həbs edilib.

Femida.az-ın xəbərinə görə, dünya və Avropa çempionu Xəyyam Səfixanov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 5,012 qram heroin, 0,072 qram metafitamin, 2,475 qram tramadol aşkarlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə X.Səfixanovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub. O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1171