Biləsuvarda motosiklet qadını vuraraq öldürüb


10:02     16 Sentyabr 2021 21_09_16_1631771740.jpg

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Fərid Həsənli idarə etdiyi "Yamaha" markalı motosikletlə rayon sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədovanı vurub.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1360