İmişlidə 30 yaşlı qadın itkin düşüb


11:33     16 Sentyabr 2021 21_09_16_1631777160.jpg

İmişli rayonunda 30 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, İmişli rayonunun Məzrəli kənd sakini, 30 yaşlı Südabə Məmmədova avqust ayının 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Südabə Məmmədovanın əlamətləri belədir: boyu 158 sm., orta bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin və qaşlarının rəngi qəhvəyidir.

"Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Açar sözlər:

Oxunub: 1079