Səfirlik Türkiyədə oxuyan tələbələrə müraciət edib
22:54 16 Sentyabr 2021
Azərbaycan Səfirliyi 2021-2022-ci tədris ilində Türkiyə universitetlərinə qəbul olunmuş ölkə vətəndaşlarına müraciət edib.
Femida.az səfirliyə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları pasport və biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyə Respublikasına səyahət edə bilirlər.
“Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən 90 gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən tələbələr bu dövlətdə yaşamaq icazəsi almaq üçün Türkiyəyə pasportla giriş etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq, Türkiyəyə təhsil almağa gələn vətəndaşlarımızın bu dövlətə pasportla giriş etmələri çox vacibdir”, - deyə Səfirliyin məlumatında qeyd olunub.
Femida.az
Oxunub: 504
Oxşar xəbərlər
- Səfirlik Ukraynadan Polşaya gələn azərbaycanlılara müraciət edib
- Səfirlikdən Zərifin Bakı səfəri ilə bağlı açıqlama
- Səfirlik Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət edib
- Səfirlik Dağıstanda tutulmuş 10 Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb
- Səfirlik Polşada azərbaycanlı tələbənin ölümü faktını nəzarətə götürüb
- Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi
- Səfirlikdən təkzib: “İrandan Azərbaycana atəş açılmayıb”
- Səfirlik Almaniyada yaşayan azərbaycanlılara çağırış edib
- Səfirlik azərbaycanlı tələbənin qətli ilə bağlı məlumat yaydı
- Səfirlik İran maşınlarının Qarabağa yanacaq və ərzaq daşımasını təkzib etdi