Qarabağda peşə məktəblərinin fəaliyyəti bərpa olunacaq
13:56 17 Sentyabr 2021
"I Qarabağ müharibəsi zamanı peşə təhsili müəssisələrinin yarıdan çoxu məcburi köçkünlərin istifadəsinə verilmişdi. Bu gün bu müəssisələrin bəzilərində hələ də yaşayış var".
Femida.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərimov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə deyib. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində peşə təhsili sahəsində infrastrukturun 50 faizinə zərər dəyib:
"İşğaldan azad olan torpaqlarda vaxtilə 12 peşə təhsili müəssisələri fəaliyyət göstərib. Onlardan 6-sı fəaliyyətini tam dayandırıb, 6-sı isə köçkün məktəbi kimi digər rayonlarda fəaliyyət göstərir. Torpaqlarımızın yenidən qurulması siyasətinə uyğun olaraq işğaldan azad olunan torpaqlarda yaradılacaq peşə məktəblərinin profilləri, infrastrukturu, ilk binanın tikilməsi və növbəlilik məsələlərinə baxılır".
Femida.az
Oxunub: 415
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək