Ağstafada yük maşını minik avtomobillərinə çırpılıb, xəsarət alan var


09:47     18 Sentyabr 2021 21_09_18_1631938264.jpg

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, hadisə Ağstafa şəhərində baş verib.

Rayon bazarı yaxınlığında "Shacman" markalı yük maşını yol kənarında dayanan iki minik avtomobillərinə çırpılıb. Qəza nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1123