Salyan sakinlərindən "patı" aşkarlanıb


10:14     18 Sentyabr 2021 21_09_18_1631944504.jpg

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 959