Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü saxlanılıb


14:29     18 Sentyabr 2021 21_09_18_1631957445.jpg

Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub.

Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.

Açar sözlər:

Oxunub: 631