Balakəndə ev yandı, xəsarət alan var


19:44     18 Sentyabr 2021 2021/09/yannn_1631975146.jpg

Balakən rayonunun Sarıbulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1068