Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olundu


21:52     18 Sentyabr 2021 2021/09/fariz(1)_1631991265.jpg

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub.

Femida.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Səhiyyə Nazirliyinin baş nefroloqu, Hemodializ şöbəsinin müdiri Fariz Babayev xəstəxananın direktoru təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1230