Ruslar "Gorus-Qafan”a alternativ yol çəkəcək
22:58 18 Sentyabr 2021
“Qraparak” qəzeti öz mənbələrinə istinadən Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin bir müddətdir sülh sazişi ətrafında danışıqlar apardıqlarını bildirib. Nəşrin yazdığına görə, regionda kommunikasiyaların açılması müstəvisində də önəmli razılaşmalar əldə olunub.
Femida.az xəbər verir ki, “Qraparak” qəzetinin yazdığına görə, tərəflər Rusiyanın və erməni sərhədçilərin nəzarətində olacaq nəqliyyat dəhlizinin yaradılması barədə razılığa gəliblər. İddia edilir ki, azərbaycanlılar sərhəd-buraxılış məntəqələrinin qurulacağı bu yoldan istifadə etmək üçün haqq ödəyəcəklər. Vəsaitin həcmi barədə hətta dəqiq rəqəmlər də səsləndirilir – ildə 150 milyon dollar.
Gorus-Qafan yolu ilə bağlı ümumi rəyə gəlinmədiyindən, tezliklə Rusiyanın maliyyə resursları hesabına alternativ Tatev-Qafan yolunun inşası barədə Moskva ilə razılıq əldə olunduğu da bildirilir. Bu yol İrandan gələn böyük yük maşınlarının keçməsini təmin edəcək.
Femida.az
Oxunub: 539
Oxşar xəbərlər
- Rusların hücumu nə qədər davam edəcək? – RƏSMİ AÇIQLAMA
- Ruslar 44 günlük savaşla bağlı SENSASİYALI FAKTLARI AÇDI: Müharibənin birinci günü...
- Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir
- Ruslar Türkiyədə 2 milyonluq gəmini qaçırdılar
- Ruslar Krımda S-400 yerləşdirdi
- Ruslar ərəbləri darmadağın etdi
- Ruslar “Skype”a rəqib yaratdı
- Ruslara məxsus təyyarə qəzaya uğradı: General və 27 zabit öldü