Dünyanın ən varlı ailələrinin siyahısı - Açıqlandı
23:20 18 Sentyabr 2021
Dünyanın ən varlı ailələrinin siyahısı açıqlanıb.
Femida.az xəbər verir ki, “Bloomberg”in hazırladığı reytinqdə 25 ailə yer alıb.
Ən varlılar siyahısına dünyanın ən böyük topdansatış və pərakəndə alış-veriş şəbəkəsi “Wallmart”ın sahibi Uoultonlar ailəsi başçılıq edir. Sözügedən ailənin varidatı 238,2 milyard dollardır.
İkinci pilədə isə Marslar ailəsi qarşılaşıb. Ərzaq məhsulları istehsal edən “Mars” şirkətinin sahiblərinin 142 milyard dolları var. İlk üçlüyü isə Koxlar ailəsi tamamlayır. Neft-kimya sahəsi üzrə ixtisaslaşan “Koch İndustries” şirkətinin sahiblərinin varidatı 124,4 milyard dollar təşkil edir.
10-luq ardıcıl olaraq belə tamamlanır:
Hermelər ailəsi (“Hermes” dəb mərkəzi - 111,6 milyard dollar), Səudiyyə Ərəbistanının Əl Səud kral ailəsi (100 milyard dollar), Hindistanın “Reliance İndustries” holdinqinin sahibi Ambanilər ailəsi (93,7 milyard dollar), Fransanın “Chanel” dəb mərkəzinin sahibi Vertheimerlər ailəsi (61,8 milyard dollar), ABŞ-ın “Fidelity İnvestment” şirkətinin sahibi Consonlar ailəsi (61,2 milyard dollar), “Thomson Reuters” media şirkətinin sahibi Tomsonlar ailəsi (61,1 milyard dollar), Almaniyanın “Boehringer İngelheim” əczaçılıq şirkətinin sahibi Böringerlər ailəsi (59,2 milyard dollar).
Femida.az
Oxunub: 1319
Oxşar xəbərlər
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyanın göz yumduğu rəzalət və pozitiv nümunədə Azərbaycan
- Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
- Dünyanın ən uca binası üzərində Azərbaycan bayrağı proyeksiya olunub - VİDEO
- Dünyanın ən iri təyyarəsi Bakıda eniş etdi
- Dünyanın ən məşhur robotları Bakıya gələcək
- Dünyanın ən varlı insanı bir gündə 6,9 milyard dollar itirib
- Dünyanın ən nadir və qəribə xəstəlikləri
- Dünyanın ən xoşbəxt uşaqları bu ölkədə yaşayır
- Dünyanın 100 ən iri şirkətinin sərmayəsi rekord həddə çatıb