Bakıda yol qəzası olub, xəsarət alan var


09:22     19 Sentyabr 2021 21_09_19_1632023818.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. A.M.Şərifzadə prospektində iki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Əliquliyev Fuad Ramiz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması və sol əlin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 842