Nərimanov rayonunda gənc oğlan yol qəzasında xəsarət alıb


10:47     20 Sentyabr 2021 21_09_20_1632112665.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Sultanlı Tərlan Zamin oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ əlin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 973