Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alan var


10:59     20 Sentyabr 2021 21_09_20_1632112864.jpg

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Dadaşov Balağa Əzizağa oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 935