Qusar polisi əməliyyat keçirib, saxlanılanlar var
12:12 20 Sentyabr 2021
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Düztahir kənd sakini Şənlik Ağakərimovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalar zamanı Ş.Ağakərimov həmin narkotik vasitəni Kamran adlı şəxsdən aldığını bildirib.
Davam etdirilən tədbirlərlə rayon sakini Kamran Hacıbabayev saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı satış məqsədilə saxladığı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Bundan başqa, RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik birkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Urva kənd sakini Valerik Əhmədov saxlanılıb.
Həmin şəxsin meşəlik ərazidə aqrotexniki qaydada çətənə (kannabis) bitkilərini əkib-becərdiyi müəyyən edilib.
Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.
Oxunub: 1262
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusar sakini intihar edib
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib
- Qusarda toy təşkilatçısı cərimələnib
- Qusarda restoran icarədarı 20 gün inzibati həbs edilib
- Qusarda restoran sahibi həbs edildi