"Gorus-Qafan yolunun iki hissəsi Azərbaycana məxsusdur"- İran səfiri


17:07     20 Sentyabr 2021 2021/09/hh-ka-1632142762_1632143356.jpg

İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri son günlər Gorus-Qafan yolunda yaranmış gərgin vəziyyətlə bağlı jurnalistlərə açıqlama verib.

Femida.az xəbər verir ki, o sözügedən ərazinin Azərbaycana məxsus olduğunu etiraf edib:

"Sovet İttifaqının xəritələrinə əsasən, Ermənistandakı Gorus-Qafan yolunun iki hissəsi Azərbaycana məxsusdur. Lakin demarkasiya prosesi başlamazdan əvvəl nəqliyyat vasitələrinin sərhədi keçməsinə icazə verilməsi razılaşdırılmışdı. İndi isə gördüyünüz kimi bir neçə gündür Gorus-Qafan yolunun bəzi hissələrində Azərbaycan polisi və sərhədçiləri İran mallarını Ermənistana aparan sürücüləri saxlayırlar və onlardan müəyyən miqdarda gömrük rüsumu tuturlar. Azərbaycan xarici nəqliyyat vasitələrinin giriş və çıxışı üçün yol vergisi alır".

Səfirin sözlərinə görə, səfirlik də daxil olmaqla İran tərəfi problemin həlli üçün səy göstərir.

"Ona qədər isə Ermənistan hökumətinin Sünikdə(Zəngəzur-red.) alternativ bir yol inşa edəcəyini gözləyirik. Bu Tat yolu ilə bağlıdır. İranlı sürücülər isə bu şəkildə təhlükəsiz və etibarlı şəraitdə yük daşıyacaqlar", - səfir bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1246


Oxşar xəbərlər