İlham Əliyev Vladimir Putini təbrik edib
18:25 20 Sentyabr 2021
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Rusiya Prezidentini Hakim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və firavanlığına yönəlmiş siyasətə xalq tərəfindən verilən qiymətin təzahürü kimi dəyərləndirib.
Rusiya Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Söhbət zamanı dövlət başçıları əmin olduqlarını bildiriblər ki, yeni seçilmiş Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri bundan sonra da davam edəcək.
Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı verib. Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirib.
Femida.az
Oxunub: 1363
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib