Ağdamda ekskavator yol tikintisi zamanı minaya düşüb, xəsarət alan var


09:02     21 Sentyabr 2021 21_09_21_1632196328.jpg

Ağdam rayonunda yol tikintisi zamanı mina partlayışı olub.

Femida.az xəbər verir ki, hadisə Xaçınçay ərazisində baş verib.

Ekskavatorun tank əleyhinə minaya düşməsi nəticəsində Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Z.Ağayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Açar sözlər:

Oxunub: 926