Hacıqabulda “Ford” “KamAZ”a çırpılıb, xəsarət alan var


09:33     21 Sentyabr 2021 21_09_21_1632196775.jpg

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə axşam saatlarında Bakı-Qazax magistralının rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə “Ford”un sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1027