Türkiyədə əməliyyat zamanı təhlükəli terrorçu və silahdaşları məhv edilib


09:47     21 Sentyabr 2021 21_09_21_1632197006.jpg

Türkiyənin cənub-şərqindəki Siirt əyalətində antiterror aksiyası keçirilib.

Bu barədə Femida.az ölkə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı 5 nəfər zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçular arasında 1 qadın da var. Qeyd edilir ki, öldürülənlərdən biri təhlükəli terroçu "Kendal Cizir" kod adlı Mazlum Matdır.

Əməliyyat zamanı xeyli sayda silah-sursat ələ keçirilib.

Açar sözlər:

Oxunub: 1076